"Neftçi" və "Qarabağ" üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının III turu iki komanda üçün yubileylə əlamətdar olacaq.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bütün çempionatların iştirakçısı olan “Qarabağ”la “Neftçi” əvvəl güclülər dəstəsi, sonradan Premyer Liqa adlanan yarışda 800-cü oyununa çıxacaq. Yarışın tarixində ən çox matç keçirən iki komanda bu turda bir-biri ilə üz-üzə gələcək.

“Azərsun Arena”da baş tutacaq görüşdə 800-cü dəfə meydana çıxacaq rəqiblər indiyədək 29 çempionatda 799 matç keçirib. Qələbəyə görə üç xal prinsipi ilə hesabladıqda “Qarabağ”la “Neftçi” indiyədək eyni sayda - 1 530 xal toplayıb.

Qələbə sayında “Neftçi” “Qarabağ”dan üstündürsə, heç-heçələrdə ağdamlılar öndədir. Paytaxt təmsilçisi daha çox uduzsa da, vurulan qol sayında və top fərqində rekordçudur. Eyni sayda oyunda eyni xal toplayan komandaların buraxdığı qollarda da tarazlıq hökm sürür.

800-cü oyun həm də iki rəqibin bir-biri ilə 80-ci matçı kimi tarixə düşəcək. Yəni klublar keçirdiyi qarşılaşmaların 10 faizini öz aralarında oynayıb. Bu görüşlərdə “Qarabağ” 29, “Neftçi” 20 qələbə qazanıbsa, 30 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlılar üstündür – 84:71.

klub

O

Q

H

M

T

T/F

X

Neftçi

799

451

177

171

1367-621

+746

1530

Qarabağ

799

448

186

165

1206-621

+585

1530