"Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxıb

Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü oyunu keçirilib.

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda "ağ-qaralar" 84:66 hesablı qələbə qazanıblar.

Bununla da seriyada hesab bərabərləşib - 2:2. Daha əvvəl tərəflər arasında reallaşan 3 qarşılaşmadan ikisində "Sabah", birində isə "Neftçi" qalib gəlib.

Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.