“Neftçi” və “Sabah”ın futbolçusu cəzalandırıldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportline.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının II turunda yaşananlar müzakirə olunub və müvafiq qərarlar verilib.
“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 14 nömrəli futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur