"Neftçi" yeni futbolçusunu təqdim etdi

"Neftçi" yeni transferi Eddi İsrafilovu təqdim edib.

Sportline.az xəbər verir ki, son ölkə çempionu futbolçunun keçidini klubun rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi yeni komandasında 14 nömrəli formanı geyinəcək. Eddi artıq "Neftçi" ilə ilk məşqə də çıxıb.

Qeyd edək ki, Eddi İsrafilov iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb.

2015-ci ildən Azərbaycan millisinə dəvət alan oyunçu, son olaraq 2019-cu il noyabrında Slovakiya ilə AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.