"Neftçi"də çıxış edən legioner Afrika Millətlər Kuboku ilə vidalaşıb

"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenin formasını geyindiyi Qvineya milli komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, 1/8 finalda Qambiya yığması ilə qarşılaşan kollektiv rəqibinə minimal hesabla uduzaraq, turnirlə vidalaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi bu qarşılaşmada meydana çıxmayıb.

Qeyd edək ki, Mamadu Kane müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur.