"Neftçi"dən "Sumqayıt"a 3 cavabsız qol

Qəbələdə təlim-məşq toplanışlarını davam etdirən "Neftçi" və "Sumqayıt" bu gün ilk yoxlama görüşlərini keçiriblər.

Sportline.az xəbər verir ki, yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək komandalar bu dəfə bir-birləri ilə üz-üzə gəliblər.
 
Qəbələ şəhər stadionunda keçirilən matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Yoxlama matçı

26 iyul

"Neftçi" - "Sumqayıt" - 3:0
Qollar: Namiq Ələsgərov, 17. Tallison, 55. Mirabdulla Abbasov, 90.