"Neftçi"nin Antalyada ilk sınağı
Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, "ağ-qaralar" Macarıstanın "Kişvarda" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" yanvarın 19-da “Visla” (Plotsk, Polşa), yanvarın 24-də "MOİK - 1948" (Bolqarıstan) komandası ilə qarşılaşacaq.