"Neftçi"nin Ayaz Quliyev sevdası bu səbəbdən baş tutmayıb

Tula “Arsenal”ının futbolçusu Ayaz Quliyevin "Neftçi"nin maraq dairəsində olması barədə xəbər vermişdik. 

Sportline.az xəbər verir ki, “ağ-qaralar” Eddi İsrafilov transferindən öncə məhz Quliyevi komandaya cəlb etmək istəyib.

Aldığımız məlumata görə, “Neftçi” Quliyevə illik 300 min dollar maaş təklif edib. Lakin Quliyev həmin təklifdən də imtina edərək, Rusiyadan kənara çıxmaq istəmədiyini bildirib.

Məhz bu transfer baş tutmadığına görə, paytaxt təmsilçisi Eddi İsrafilovu Bakıya dəvət edib və onunla müqavilə imzalayıb.

“Spartak” yetirməsi olan 25 yaşlı futbolçu “Anji”, “Rostov” klublarında çıxış edib və ötən il “Arsenal”a keçib. 

sportal.az