"Neftçi"nin baş məşqçisi üçün yeni namizəd

"Neftçi"nin sükanı arxasında olan Laurentsiu Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir.

Sportline.az xəbər verir ki, "Universitatya Krayova" klubunun rəhbərliyi Mirel Redoyun istefasından sonra 47 yaşlı mütəxəssisi yenidən bu posta gətirmək niyyətindədir.

"Ağ-qaralar"ın yaxşı nəticələr əldə olunmadığı üçün rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.

Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Daha əvvəl onun "Styaua"ya dönmək ehtimalının olduğu da bildirilib.