"Neftçi"nin daha bir futbolçusu əvəzediciyə göndərildi

Mirabdulla Abbasovun ardınca “Neftçi”nin daha bir futbolçu əvəzedici komandaya göndərilib.

Sportline.az xəbər verir ki, sağ cinah müdafiəçisi Ömər Buludov “Neftçi-2”nin heyətində oyunlara çıxacaq.

Əsas komandanın məşqçilər korpusu formaya düşməsi üçün onu əvəzedici heyətə göndərib.

Həm Mirabdulla Abbasov, həm də Ömər Buludov “Sabah-2”yə qarşı saat 14:30-da başlanacaq I Divizionun XIV tur oyununa start heyətdə çıxacaq.