"Neftçi"nin futbolçusu əməlliyyat olundu
“Neftçi”nin qapıçısı Aqil Məmmədov dizindən əməliyyat olunub.
Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, kapitan 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.