"Neftçi"nin futbolçusu "Keşlə"də
"Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb. Sportline.az xəbər verir ki, bu barədə "Report”a paytaxt təmsilçisinin məşqçisi Zaur İsmaylov məlumat verib.
O, bildirib ki, "Neftçi”dən ayrılan sağ cinah müdafiəçisi Məqsəd İsayevlə mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, İsayev cari mövsümdə "Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasının cəmi 4 oyununda meydana çıxıb.