"Neftçi"nin futbolçusu "Səbail"də

“Səbail” dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, debütant “Neftçi”dən ayrılan Rahil Məmmədovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb.

Qeyd edək ki, “Səbail” Rahildən əvvəl “Neftçi”dən Fəhmin Muradbəylini icarəyə götürüb.