"Neftçi"nin futbolçusu sıradan çıxdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu gün “Zirə” ilə qarşılaşan “Neftçi” ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Eddi İsrafilov yenidən zədə alıb.

Rəqib futbolçu İlkin Muradovla mübarizə zamanı ayağından zədə alan milli komandamızın üzvü oyunu davam etdirə bilməyib və meydanı 51-ci dəqiqədə xərəkdə tərk edib.

Onun əvəzində meydana 53-cü dəqiqədə İsmayıl Zülfüqarlı buraxılıb.