"Neftçi"nin futbolçusu Türkiyə yolunda

"Neftçi”nin müdafiəçisi Kiril Petrov karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, o I Liqa təmsilçisi "Giresunspor"la anlaşıb. 27 yaşlı müdafiəçinin Antalyadakı təlim-məşq toplanışına qatılacağı bildirilir.

Qeyd edək ki, Kiril Petrov cari mövsümdə "Neftçi”in heyətində keçirdiyi 13 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.