"Neftçi"nin hücumçusu əvəzedici komandaya göndərildi
Mirabdulla Abbasov “Neftçi” rəhbərliyinin qəzəbinə tuş gəlib.
Sportline.az xəbər verir ki, onun “Sabah”la kubok, “Qarabağ”la çempionat matçında görünməməsinin səbəbi var. Hücumçunun adının hətta matçın protokoluna da daxil edilməməsi əsas komandadan qovulmasıyla bağlıdır.
Heç cür özünü göstərə bilməyən Mirabdulla əvəzedici komandaya göndərilib.
O, maaşının azaldılmasına razı olmayıb, üstəlik, “Səbail”, “Sumqayıt” və “Keşlə”yə keçmək variantlarından imtina edib. Belədə klub rəhbərliyi onu divizionda yarışan komandanın düşərgəsinə yollayıb.