"Neftçi"nin hücumçusu hakimi təhqir etdiyi üçün sərt cəzalanıb

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb. O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.

Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.