"Neftçi"nin hücumçusu "Sabah"la oyuna çıxmayacaq

"Neftçi" komandası Azərbaycan Premyer Liqasının VI turunda "Sabah"la oyuna itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisinin aparıcı futbolçularından hesab edilən Stiven Monrozun zədəsi hələ sağalmayıb.

30 yaşlı fransalı hücumçunun müalicəsi davam edir. Monrozdan əlavə, qapıçı Səlahət Ağayevin də xidmətindən yararlanmaq mümkün olmayacaq. Əsas heyətdəki yerini itirən 29 yaşlı qolkiper də zədəlidir.

Qeyd edək ki, oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 14:00-da başlanacaq. Stiven Monroz son dəfə Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.