"Neftçi"nin kapitanı karyerasını bitirdi

“Neftçi”nin sabiq kapitanı Georgi Navalovski karyerasını bitirib.

Sportline.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

"Neftçi" komandanı meydana kapitan kimi çıxarmış gürcü futbolçuya gələcək həyatında uğurlar arzulayıb.

Qeyd edək ki, 36 yaşlı müdafiəçi 2017-ci ilin yanvar ayından iyun ayınadək "Neftçi"də çıxış edib.

O, Bakı klubunun heyətində 13 oyunda meydana çıxıb.

Banner