"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Əsas favoritlər olan "Qarabağ"la "Sabah" mübarizəni dayandırdı. Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var".

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə "vecernji.hr" saytına açıqlamasında deyib.

Paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb.

"Ağ-qaralar"ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: "Bunun üçün olduqca motivasiyalıyıq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Turan Tovuz"la qarşılaşacaq.

Banner