"Neftçi"nin legioneri yol üstədir
“Neftçi”nin futbolçusu Gilyerme Pato komandadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, onun karyerasını Kiprdə davam etdirəcəyi bildirilir.
“Neftçi” 21 yaşlı futbolçunu qış fasiləsində icarəyə verməyi planlaşdırır.
Qeyd edək ki, “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək Pato “Qəbələ”nin də transfer gündəmindədir.