"Neftçi"nin maraqlandığı futbolçu qərarını verdi

“Neftçi”nin maraq dairəsində olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Martin Raynov gələcək karyerası ilə bağlı qərara gəlib.
 
Sportline.az xəbər verir ki,  28 yaşlı futbolçu ölkəsində qalacaq.

“Levski” (Sofiya) klubu ilə müqaviləsi başa çatan oyunçu klubu ilə sözləşməni yeniləyib. O, mövsümün sonuna qədər Sofiya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Martin Raynov ötən ilin əvvəlindən “Levski”də oynayır.