"Neftçi"nin oyunçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi ikitərəfli qasıq yırtığına görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Onun əməliyyatı uğurlu alınıb. Yusifli 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki, Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.

Banner