"Neftçi"nin rəqibi heyətini gücləndirdi

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi" klubu heyətinə yeni futbolçu cəlb edib. 

Sportline.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorov Çair təmsilçisinə qayıdıb.

Məşqçilər korpusu 27 yaşlı oyunçunun avrokubokda komandaya kömək edəcəyinə ümid edir. Filip Qliqorov 2016-ci ildə "Şkupi"də oynayıb. 

Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.