Nəriman Axundzadə "Qarabağ"la belə vidalaşıb

"Qarabağ"dan ABŞ-nin "Kolambus Kryu" klubuna keçən Nəriman Axundzadə sosial şəbəkə hesabında paylaşım edib.

Sportline.az xəbər verir ki, 21 yaşlı hücumçunun vida mesajı qısa olub. 

O, "Çox sağ ol, böyük "Qarabağ" ailəsi", - deyə minnətdarlığını ifadə edib.

İlkin məlumatlara görə, Nəriman Axundzadə "Kolambus Kryu" ilə 2029-cu ilin yayınadək müqavilə bağlayacaq.