Nesta futbola qayıdır
İtaliya futbolunun canlı əfsanəsi Alessandro Nesta "Recana" klubunun baş məşçisi olacaq.
Sportline.az Sky Sport nəşrinə istinadən xəbər verir ki, o, bu mövsüm B Seriyasına yüksələn klubla anlaşıb: ""Recana" ilə əməkdaşlıq məsələsi demək olar ki rəsmiləşib. İndi klubun rəsmi açıqlamasını gözləyirik" -, deyə Nesta bildirib.
Qeyd edək ki, Nesta bundan əvvəl ABŞ-ın "Mayami", İtaliyanın "Peruca" və "Frozinone" klublarında çalışıb.