Neymar bu yay "Barselona"ya qayıtmaq istəyib

"Əl-Hilal" və "Braziliya" millisinin cinah hücumçusu Neymar bu yay "Barselona"ya qayıtmağa çalışıb

Sportline.az jurnalist Jerar Romeroya istinadla xəbər verir ki, futbolçu kataloniyalılara öz xidmətlərini təklif edib, lakin klub onu istəməyib.

Bildirilir ki, "Barselona" 32 yaşlı ulduzun yüksək maaşına və zədələrinə görə bu təklifi qəbul etməyib.

Xatırldaq ki, 2023-cü ildə zədələnən "Neymar" artıq 1 ilə yaxındır ki, yaşıl meydanlardan uzaq qalıb.

Qeyd edək ki, futbolçunun "Əl-Hilal" klubu ilə bu mövsümün sonuna kimi müqaviləsi var.