Neymar gedir, Dibala gəlir

Son günlər Neymarın "Barselona"nı tərk edəcəyi ilə bağlı söhbətlər səngimək bilmir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, artıq braziliyalının xidmətində maraqlı olan PSJ katalonlarla razılığa gəlib. Fransa klubu 222 milyon avronu ödəməyə hazır olduğunu bildirib.

"Barsa"nın bu təklifə müsabət cavab verdiyi deyilir. Neymarın yaxın günlərdə tibbi müayinədən keçmək üçün Parisə yollanacağı gözlənilir. 

Artıq Kataloniya klubu hücumçuya əvəzləyici də tapıb. "Yuventus"un ulduzu - Paulo Dibala karyerasını La Liqada davam etdirə bilər. "Qoca sinyora"nın 150 milyon avro qarşılığında argentinalını buraxacağı ehtimal olunur.