Neymar poker turnirinə qatıldı

PSJ-nin futbolçusu Neymar "Texas Holdem" poker turnirində iştirak edib.

Sportline.az GFFN-ə istinadən xəbər verir ki, yarışın uduş fondu 25.000 avro olub. Neymar 75 iştirakçı arasında 29-cu yeri tutub .

Monakoda keçirilən turnirdə 550 avro ödəməklə yenidən iştirak hüququ təklif edilib. Braziliyalı oyunçu bu hüquqdan yararlanıb və sonra yerli vaxtla səhər saat 3-də çıxışlarını başa vuraraq 140 iştirakçı arasında 74-cü yeri tutub.

Banner