Neymar tarixin ən yaxşı futbolçusunun adını açıqlayıb

Braziliyalı futbolçu Neymar Lionel Messi ilə uzun müddət davam edən dostluğuna baxmayaraq son açıqlaması ilə diqqət çəkib. 

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, o, "futbol tarixinin ən yaxşısı kimdir?" sualına cavab verərkən Messinin adını deməyib. Braziliyalı futbolçu "Bütün zamanların ən yaxşı futbolçusu" (GOAT) seçimində Messini nəzərə almadan fərqli bir ad çəkib. Neymar, "Messi ilə oynadım və o, mənim üçün bütün zamanların ən görkəmli futbolçusudur, mənim futbol kumirimdir" deyə bildirib. Ancaq o, futbol tarixinin ən yaxşısına həmyerlisi Pelenin adını verib. 

Bu açıqlama Neymarın Messi ilə yaxın dostluğuna baxmayaraq fərqli bir seçim etməsi kimi qiymətləndirilir. 

Qeyd edək ki, Neymar və Messi həm "Barselona", həm də PSJ klublarında birlikdə oynayıblar və aralarında möhkəm bir bağ mövcuddur.