Neymar üçün əlamətdar oyun

Braziliyanın DÇ-2022-nin seçmə mərhələsində Peru yığması üzərində 4:2 hesablı qələbəsi Neymar üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu görüşdə het-trik edib və millidəki qollarının sayını 64-ə çatdırıb.

Bununla da o, əfsanəvi hücumçu Luis Nazario Ronaldonu qabaqlayıb. Ronaldonun aktivində 62 qol var. Millinin ən çox fərqlənən futbolçusu isə Peledir - 77 qol.