Neymar Vinisiusa xəbərdarlıq etdi
“Santos”un brazilyalı ulduz futbolçusu Neymar Vinisius Juniora “Real Madrid”dən ayrılmamasını söyləyib.
Sportline.az xəbər verir ki, bu haqda “OK Diario” nəşri məlumat yayıb.
Vinisiusun “Real”ın rəhbərliyi ilə münasibətləri yaxşı vəziyyətdə deyil.
Qeyd edək ki, 25 yaşlı sol cinah vingerinin “los blankos”la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
O, cari mövsüm meydana çıxdığı 25 matçda 6 qol, 8 asistlə yadda qalıb.