Neymarda koronavirus aşkarlandı

PSJ-də daha bir futbolçusunda koronavirus aşkarlandığını açıqlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün komanda yaxın saatlarda növbəti dəfə testdən keçəcək.

Bundan əvvəl iki futbolçunun – yarımmüdafiəçilər Anhel Di Mariya və Leandro Paradesin virusa yoluxduğu məlum idi.

Paris təmsilçisi virus tapılan futbolçuların adlarını açıqlamasa da, "LEquipe" nəşri 3-cü yoluxmanın Neymarda aşkarlandığını yazıb.

Hər üç futbolçunun İbizadakı istirahətini yarımçıq qoyaraq Parisə qayıtdığı və karantinə alındığı bildirilib.