Neymarın apelyasiya şikayətinə cavab gəldi
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Barselona"nın Neymarla bağlı apelyasiya müraciətini müsbət cavablandırmayıb. Sportline.az xəbər verir ki, sözügedən komitə braziliyalı futbolçunun 3 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, "Malaqa" ilə oyunda meydandan çıxarılan Neymar 4-cü hakimi ironiya ilə alğışladığına görə daha iki oyunluq cəzaya məruz qalıb. İnadından əl çəkməyən "Barselona" rəsmiləri İspaniya İdman Arbitraj məhkəməsinə də müraciət ediblər. Bu gün həmin müraciətə də cavab veriləcək. Kataloniyalılar bazar günü "Real" Madridlə oyunda Neymarın iştirakını təmin etməkdə israrlıdırlar.