Niderland millisinin hücumçusu "Mançester Yunaytedl"ə müqavilə imzalayıb
"Bolonya" və Niderland millisinin hücumçusu Coşua Zirkze "Mançester Yunayted"in futbolçusu olacaq.
Sportline.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Mənbənin sözlərinə görə, "Qırmızı-şeytanlar" bu transfer üçün qarşı tərəfə 40 milyon avro civarında məbləğ ödəyəcək.
Zirkze ilə müqavilə 2029-cu ilə qədər imzalanacaq.
Qeyd edək ki, 23 yaşlı hücumçu 2020-ci ildən İtaliya klubunda çıxış edirdi.Ötən mövsüm komandası ilə 37 oyuna çıxan futbolçu 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.