Niderlandlı futbolçu "Mançester Yunayetd"lə vidalaşıb
"Mançester Yunayted" klubunda növbəti ayrılıq yaşanıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Qırmızı-şeytanlar"ın niderlandlı futbolçusu Donni Van de Bek sosial media hesabından etdiyi paylaşımda klubla vidalaşıb.
"Dəyərli "Mançester Yunayted" ailəsi. Bu gün əlamətdar bir gündür, çünki klubla macəram başa çatır. Bu illər ərzində göstərdiyiniz dəstəyə görə hamınıza təşəkkür etmək istəyirəm" deyə futbolçu paylaşımın altına qeyd edib.
Daha əvvəl 27 yaşlı futbolçunun karyerasını "Jirona"da davam etdirəcəyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, 2020-ci ildən İngiltərə klubunda çıxış edən Donni Van de Bek ümumillikdə 62 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib.