Nihat Kahveci: “Musleranın heykəlini yüksəltsinlər”

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, N.Kahveci “Kotraspor” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;

“Muslera “Qalatasaray”ın əfsanəsidir. Klub rəhbərliyi onun üçün heykəl düzəltməlidir. Buna laiq oyunçudur. 13 ildir “Qalatasaray”da çıxış edir. Hər mövsüm stabil performans göstərməyi bacarıb”, - deyə N.Kahveci bildirib.

Qeyd edək ki, Fernando Muslera mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq.