Niklas Süle “Milan”a keçə bilər
“Borussiya Dortmund”un almaniyalı stopperi Niklas Süle yayda komandasını dəyişəcək.
Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, “Milan” 30 yaşlı mərkəz müdafiəçinin xidmətində maraqlıdır.
N.Süle cari mövsüm meydana çıxdığı 9 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, sözügedən futbolçu İtaliya klubuna transfer olmağa isti yanaşır.