Niko Paz qərarını verdi
Niko Paz karyerası ilə bağlı qərar verdi.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu yayda "Real Madrid"ə qayıtmaq niyyətindədir.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Paz cari mövsüm meydana çıxdığı 38 matçda 13 qol, 8 asistlə yadda qalıb.