Niko Şlotterberq "Borussiya Dortmund"dan ayrılacaq

"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

26 yaşlı futbolçu "Liverpul"un transfer hədəfindədir.

Qeyd edək ki, N.Şlotterberq cari mövsüm meydana çıxdığı 35 matçda 4 qol, 2 asistlə yadda qalıb.