Niko Uilyams karyerasını "Dumanlı Albion"da davam etdirə bilər
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" N.Uilyamsı transfer etmək niyyətindədir.
İspaniya klubu 22 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Niko Uilyasm cari mövsüm çıxış etdiyi 42 matçda 11 qol və 7 məhsuldar ötürmə müəllifi olub.