Nikolas Ceksonun yeni dayanacağı "Nyukasl" olacaq

"Nyukasl" "Çelsi"nin forvardı Nikolas Ceksonu heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, sözügedən oyunçu hazırda "Bavariya"da icarə əsasında çıxış edir.

"Give Me Sport"un yaydığı məlumata görə, "Nyukasl" bu keçid üçün "Çelsi"yə 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, N.Cekson cari mövsüm meydana çıxdığı 32 matçda 10 qol, 4 asistlə yadda qalıb.