Nikolas Pepe İngiltərəyə qayıdır

"Vilyareal"ın afrikalı futbolçusu Nikolas Pepe karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Everton" və "Vulverhempton" Pepeni transfer etmək istəyir.

29 yaşlı hücumçunun transfer qiyməti 10 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Nikolas Pepe cari mövsüm çıxış etdiyi 23 matçda 2 qol 4 asistlə yadda qalıb.