Norveç - Azərbaycan matçı canlı yayımlanacaq
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan oyunu televiziya vasitəsilə canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər bu görüşü "İctimai televiziya" vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, sentyabrın 1-də Oslo şəhərindəki “Ullevaal” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.