"Nottingem" "Çelsi"nin təklifini rədd edib
"Çelsi" "Nottingem"in brazilyalı futbolçusu Murilyo üçün rəsmi təklif göndərib.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
"Nottingem Forest"in rəhbərliyi isə bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Murilyo cari mövsüm çıxış etdiyi 23 matçda 1 qolla yadda qalıb.
"Nottingem" 22 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.