Noyabrın ən yaxşı futbolçusu açıqlandı

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr layiq görülüb.

Bu haqda Liqanın sosial şəbəkə hesabında məlumat yayılıb.

30 yaşlı futbolçu komandanın noyabrdakı hər üç matçında 90 dəqiqə meydanda olub. 

Həmin oyunlarda Erik Ten Haqın komandası "Fulhem" və "Luton"a 1-0, "Everton"a isə 3-0 hesabı ilə qalib gəlib.