Noyer həftənin qapıçısı seçildi
UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Sportline.az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının qapıçısı Manuel Noyer layiq görülüb
34 yaşlı qolkiper azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşları - Kinqsli Koman ilə Tiaqu Alkantaranı və PSJ-dən isə Markinyosu geridə qoyub.
Qeyd edək ki, həlledici qarşılaşamada Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.