"NTD üzərində qələbə qazanaraq pley-offa yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik"
"NTD üzərində qələbə qazanaraq pley-offa yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik".
Sportline.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya fasilə müddətindəki hazırlıq və növbəti oyun haqqında klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis zədəli oyunçuların sağaldığını söyləyib:
“Uzun bir bayram arası və kubok matçlarına görə fasilə yarandı. Bu müddətdə komandaya 2 günlük istirahət verdik, zədəli oyunçularımızı sağaltdıq. Sonra məşqlərimizə davam etdik. Bu müddətdə bir yoldaşlıq görüşü keçirdik. “Ordu” klubu ilə oynadıq və qələbə qazandıq. Komanda toparlanıb. Növbəti görüşümüz NTD-yə qarşı olacaq. Onlar da kuboku qazandılar və çox motivasiyalıdırlar. Amma biz onlara qarşı ən yaxşısını edib, qələbə qazanaraq pley-offa yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik. Komandada ab-hava çox yaxşıdır və pley-off fərqli olacaq. Məşqçi heyəti və oyunçular olaraq ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının sonuncu - XX turunun "Sərhədçi" - NTD görüşü aprelin 4-də baş tutacaq.