Nunyes "Liverpul"dan ayrılacaq
"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes mövsümün sonunda klubdan ayrılmağa hazırlaşır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Nunyes "Əl-Hilal"ın transfer hədəfinə çevrilib.
25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 36 matçda 6 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Nunyes 2022-ci ildə "Benfika"dan "Liverpul"a 85 milyon avro qarşılığında transfer olmuşdu.
Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.