Nunyez "Benfika"ya əlavə milyonlar qazandırdı

"Benfika" klubu Darvin Nunyesin sayəsində daha 9,8 milyon avro qazanıb.

Sportline.az xəbər verir ki, "Liverpul" Lissabon təmsilçisən bu məbləği əlavə bonus olaraq ödəyib.

Buna Nunyesin "Liverpul"un heyətində 60 oyun keçirməsi səbəb olub.

Qeyd edək ki, Darvin Nunyes 2022-ci ildə 73,3 milyon avro müqabilində "Benfika"dan "Liverpul"a transfer olunmuşdu. 

Bu mövsüm 12 oyunda meydana çıxan 23 yaşlı hücumçu 4 qol və 4 asist müəllifidir.